PAŞİNYAN BAŞ QƏRARGAH RƏİSİNİ İSTEFAYA GÖNDƏRDİ - Son dəqiqə

Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərib.

Xatırladaq ki, Ermənistan ordusunun Baş Qərargahı Nikol Paşinyanın istefasını tələb edib.

 Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan, onun müavinləri, iri hərbi birləşmələrin komandanlarının imzaladığı bəyanatda bildirilir ki, Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi "uzaqgörənlikdən uzaq və əsaslandırılmamış" qərardır. Baş Qərargah buna qəti etirazını ifadə edir.

Hərbçilər belə hesab edirlər ki, Xaşatryanın istefaya göndərilməsi zamanı ölkənin milli və dövlət maraqları nəzərə alınmayıb, bu addım sırf "şəxsi ambisiyalara" əsaslanıb. "Belə ağır şərtlər altında qəbul olunmuş bu qərar dövlətçiliyə ziddir və məsuliyyətsizlikdir", - bəyanatda bildirilir.

Ordu rəhbərliyinin bu bəyanatına Paşinyanın cavabı da gecikməyib. O, ölkədə dövlət çevrilişinə cəhd olduğunu bəyan edərək, tərəfdarlarını dərhal meydanlara səsləyib.

AzPolitika.info

635x100

Şərhlər

Veteran 2021-02-25 23:56:55

Paşinyan sənki rus agentlərin kökünü kəsirsən KİŞİ adamsan.

Oxucu 2021-02-25 13:56:38

Bizdə güc strukturlarının az qala bütün rəhbər heyəti general polkovnikdiaz qala b

Son yazılar