Hakim fraksiya Paşinyanı müdafiə etdi - "Bu, hərbi çevriliş cəhdidir"

Ermənistan parlamentinin hakim "Mənim addımım" fraksiyası az əvvəl yaydığı açıqlamada Baş nazir Nikol Paşinyana dəstək ifadə edib.

"AzPolitika.info" erməni mediasına istinadən xəbər verir ki, fraksiya üzvləri hərbçilərin siyasi açıqlamalarını yolverilməz olduğu və bunu hərbi çevriliş cəhdi kimi qəbul etdiklərini bəyan ediblər.

"Konstitusiyaya zidd olan bu addım, xalqın hakimiyyətini ələ keçirmək, xarici təhdidlərlə dolu müharibədən sonrakı kövrək vəziyyəti sarsıtmaq məqsədi daşıyır. Təəssüf ki, ölkənin təhlükəsizliyindən məsul olanlar məsuliyyətsiz davranırlar. Fraksiya sabitliyin qorunub saxlanılmasında xalq və dövlətlə həmrəydir," - deyə açıqlamada qeyd olunur.

Bəyanatda deputatlar vətəndaşları konstitusiya hüquqlarını dinc şəkildə həyata keçirmək üçün Respublika Meydanına gəlməyə çağırıblar.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar