Menu

"Mosul işğal ediləndə onlar harada idilər?" - Davudoğlu 

16.10.2014, 08:48
"Mosul işğal ediləndə onlar harada idilər?" - Davudoğlu 

Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkəsinin Suriyada Hələb, İdlib, Ayn əl Ərəb (Kobani) şəhərlərinin təhlükəsiz bölgə elan olunmasını istədiyini deyib. ANS-in məlumatına görə, “Əl Cəzirə” telekanalına müsahibə verən Davudoğlu Kobaninin işğal olunmaması üçün əllərindən gələni edəcəklərini deyib.

“Ayn əl Ərəbin işğal olunması doğurdan da bizi kədərləndirər. Onun işğal olunmaması üçün əlimizdən gələni edərik. Amma Rəqqa işğal olunduğunda, Cərablus (Jarablus) işğal olunanda, Mosul işğal olunanda harda idilər? Sriyadan Türkiyəyə cəmi 1.8 milyon qaçqın gəlib. Onlardan 1.6 milyonu Bəəs rejimindən qaçıb, qalan 200 min isə İŞİD qorxusu ilə Türkiyəyə gəlib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol