Menu

“Çıxışlarımda statusun ünvanını göstərmişəm, status haradadır, onu hər kəs bilir” - İlham Əliyev

26.02.2021, 12:16
“Çıxışlarımda statusun ünvanını göstərmişəm, status haradadır, onu hər kəs bilir” - İlham Əliyev

“Öz çıxışlarımda statusun ünvanını göstərmişəm. Bir daha ora qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Çünki Ermənistan və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bax bu günə salan səbəblərdən biri də məhz bu idi: xülya, iddia, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynayıblar. Ona görə də status məsələsi ümumiyyətlə gündəlikdən çıxarılmalıdır”, - dövlət başçısı söyləyib.

Şərhlər

Mehdi 2021-02-26 14:50:36

Cənab prezident,mən statusun unvanini bilirəm.Çəhənnəmdədir,gorbagor olub.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol