Menu

"RAZILAŞMA POZULUR..." - İlham Əliyev Rusiya sülhməramlılarını tənqid edib

26.02.2021, 13:41
"RAZILAŞMA POZULUR..." - İlham Əliyev Rusiya sülhməramlılarını tənqid edib

“Biz orada hazırda nəyin baş verdiyini bilirdik və bilirik. Müharibə dövründə də, ondan qabaq da bilirdik. Bu, təbii ki, bizə müharibə vaxtı kömək edirdi”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Elə indi də kömək edir. Ona görə indi Rusiya sülhməramlıları tərəfindən xarici vətəndaşların Dağlıq Qarabağa gizli buraxılışı istiqamətində fəaliyyətləri görəndə bu, bizdə təəccüb doğurur. Biz Rusiya tərəfi ilə razılaşmışıq ki, ora əcnəbilər yalnız bizim razılıqla daxil ola bilər. Razılaşma da pozulur. Əlavə heç nə deməyəcəyəm, bəlkə, bunu yenə şərh etmək lazım olacaq. Ancaq ora kimin girib-çıxdığını soyadınadək bilirik”, - dövlət başçısı bildirib.

Şərhlər

Türk 2021-02-26 18:54:53

Tək o razılaşma pozulmur. Bəlkə də biz düzgün bilmirik,ancaq görünən odur ki deyilən razılaşmaların heç birinə əməl edilmir

Roma 2021-02-26 17:27:49

Möhtərəm Prezident, Cənab Ali Baş Komandan, Xalq Sizi sevir, Sizə güvənir və Sizin arxanızda yumruq kimi birləşmişdir. Rus sülhməramlılarının hərəkətlərini düzgün hesab etmirik, onlar tərəfkeşlik və ya özlərinə sərf edən varianta əl atırlar. Ancaq dövr o dövr, imkan o imkan, vəziyyət o vəziyyət deyildir və Sizin təmkin, məqsədyönlü siyasətinizlə və eyni zamanda Xalqın tam dəstəyi ilə bu çətinliyin də öhdəsindən gələcəyik...Ulu Tanrıdan Sizə can sağlığı arzulayıram...

Rovşən 2021-02-26 14:08:01

Cənab Prezident Allah yar və yardımcın olsun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol