Menu

ERMƏNİSTAN PREZİDENTİ MOSKVANIN TAPŞIRIĞINI YERİNƏ YETİRDİ - Qərargah rəisini istefaya göndərmədi

27.02.2021, 18:43
ERMƏNİSTAN PREZİDENTİ MOSKVANIN TAPŞIRIĞINI YERİNƏ YETİRDİ - Qərargah rəisini istefaya göndərmədi

Ermənistan prezidenti Armen Sarqsyan Onik Qasparyanın baş qərargah rəisi vəzifəsindən azad edilməsinə dair sərəncam layihəsini geri qaytarıb.

"Report"un məlumatına görə, layihənin ölkə konstitusiyasına zidd olduğu açıqlanıb. Bu addım hökumət rəsmiləri, parlament və qeyri-parlament qüvvələri, silahlı qüvvələrin ali komandir heyəti ilə, aparıcı hüquqşünas və müstəqil ekspertlərlə müzakirə edildikdən sonra atılıb.

O da bildirilib ki, silahlı qüvvələr siyasi məsələlərdə neytrallığını qorumalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol