"UŞAQLARIMIZI GİZLİNCƏ QARABAĞA APARIRLAR..." - Ermənistandan sensasiyalı VİDEOREPORTAJ

Ermənistan tikinti materialları adı altında Qarabağa əsgər daşıyırmış

Ermənistan tikinti materialları adı altında Qarabağa, hazırda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına daxil olan Azərbaycan ərazilərinə əsgər daşıyırmış. Virtualaz.org xəbər verir ki, bu fakt amerikalı jurnalist-freelancer Patrik Lankasterin Yerevandan, Ermənistan Müdafiə Nazirliyinin qarşısından hazırladığı reportajdan üzə çıxıb. 

Valideyinlər övladlarının tikinti materialları daşıyan maşınlarda, gizli şəkildə Qarabağa gətiriləcəyindən xəbər tutaraq nazirliyin qarşısına toplaşıblar və etiraz edirlər. 

Tələb edirlər ki, onların övladları Qarabağa aparılmasın və ancaq Ermənistan ərazisində xidmətini davam etdirsin. Çünki Qarabağ Azərbaycanın ərazisidir və prezident İlham Əliyev Ermənistan əsgərinin Qarabağdan çıxarılmalı olduğunu bildirib.

Patrik Lankasterin videoreportajı Ermənistan hakimiyyətinin ənənəvi olaraq yalan danışdığını və 10 noyabr üçtərəfli razılaşmasının şərtlərini pozduğunu sübut edir.

“Biz istəmirik ki, uşaqlarımızı tikinti materialları kimi Qarabağa aparsınlar. Əvvəl bizə demişdilər ki, onlar daha Qarabağa qayıtmayacaqlar, xidməti Ermənistanda davam etdirəcəklər. İndi isə onları xəlvəti Qarabağa aparmaq istəyirlər. Bizim uşaqlar tikinti materialı deyil. Orada onları ya əsir götürəcəklər, ya öldürəcəklər. Əliyev deyib ki, Qarabağda Ermənistan əsgəri olmamalıdır, vəssalam”,-əsgərlərdən birinin yaxını deyib.

Toplaşanlardan digər isə deyir ki, üçtərəfli razılaşmaya əsasən Ermənistan hərbçiləri Qarabağda xidmət etməli deyil, çünki ora Azərbaycan ərazisidir və Ermənistan Müdafiə Nazirliyinin belə hüququ yoxdur. 

“Biz istəmirik ki, uşaqlarımızı Qarabağa göndərsinlər. Onlar orada olmalı deyillər, çünki bu haqda Ermənistan, Rusiya və Azərbaycan rəhbərlərinin imzaladığı bəyanatda göstərilib. Bizim erməni komandanlığı isə zorakılığa can atır”,-o deyir.

Başqa bir yaşlı erməni isə deyir ki, onun nəvəsi il yarımdır hərbi xidmətdədir, müharibədə iştirak edib. Cəbrayılda, ön xətdə olub. 

“Müharibə qurtarıb, o qəlpə yarası alıb və depressiyadadır. Qayıdıb evə. Lakin nazirlikdən adamlar gəlib dedilər ki, nəyə görə o evdədir, hərbi hissəyə qayıtmalıdır. Dedilər aparıb müalicə edəcəklər. İndi isə yenidən Qarabağa qaytarmaq istəyirlər. Lakin o bir daha Qarabağda xidmət etməyəcək! Ermənistan ərazisində xidmət etməlidir”,-amerikalı jurnalistə danışan yaşlı erməni bildirib.

Toplaşanlar deyiblər ki, onların övladları gecə saat 3 radələrində evə zəng vurublar, “bizi mülki paltarda Qarabağa aparmaq istəyirlər” deyiblər. Valideyinlərdən birinin dediyinə görə, əsgərləri şüşələri qara plyonkalı maşınlarda aparmaq istəyiblər, lakin onların etirazından sonra əsgərlərin Qarabağa aparılması dayandırılıb. 

Belə görünür ki, Ermənistan tərəfi əsgərləri mülki paltarda, inşaat materiallarının altında gizlədərək Qarabağa daşımaqla həm də Rusiya sülhməramlılarını aldadır. Bu reportaj bir daha təsdiq edir ki, Azərbaycan Laçın dəhlizi üzərində gediş-gəlişə daha ciddi nəzarət edilməsi barədə Rusiya tərəfinin qarşısında məsələ qaldırmalıdır.

635x100

Şərhlər

Veteran 2021-02-28 23:13:20

Bu bədbəxt erməniləridə bu günə salan rus və şovinist ermənilərdir.Onlar təkcə bizə yox öz ermənilərinədə böyük alçaqlar ediblər.

Moshu 2021-02-28 13:36:35

Cəmşid Dərələyəzlinin fikirlərinə hörmətlə yanaşaraq yazdıqlarına tam şərikəm. Vəziyyətin belə axarını görüb o qənaətə gəlirəm ki, Rusiya sadəcə olaraq artıq qaşınırş. Rus ədiblərindən biri - Krılovun təbirincə desək güclünün yanında gücsüz günahkardır. Rusiyanın ərazisi də, əhalisi də bizdən fərqlidir. Gücümüz də onun gücü də onunku qədər deyil. Sadəcə olaraq məcburuq bu rus ayısı ilə hesablaşmağa. Bir məsələ də var ki, biz ən azından öz etiraz səsimizi ucaltmalıyıq. Əgər bizdən çimdik götürürlərsə, bu ağrıya dözüb səsimizi içimizə salmamalıyıq. Elə etməliyik ki, heç olmasa qarşı tərəf bizim ağrı keçirdiyimizi hiss etməlidir. Qaldı sülhməramlılara. Necə olur ki, erməni əsgərləri Xankəndinə daşınır bundan sülhməramlılarının məlumatı olmur. Belə sülhməramlı mənim və ümumiyyətlə azərbaycan xalqının nəmənəsinə lazımdır. Bütün çatışmazlıqları yekunlaşdırıb Rusiya dövlətinə, onun rəhbərliyinin diqqətinə çatdırmaq lazımdır və nəticədə bu qurumun yararsızlığını onların diqqətinə çatdırmaqla onların Azərbaycan ərazisindən çıxarılmasına zəmin yaratmaq lazımdır

Cəmşid Dərələyəzli 2021-02-28 10:39:30

Yaxşı olardı ki, Azərbaycan Xarici İşlır Nazirliyi bu barədə Rusiyanın özünə nota verərdi. Çünki, bütün bu məsələlərdə Rusiya Sülhməramlıları məsuldur və cavabdehdir. Hələ bütün bunlar yetməmiş kimi, Rusiya Müdafiyə Nazirliyinin xüsusi intermet səhfəsindəki son xəbərlərində də verilir ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisi olan Dağlıq Qarabağda tapşırıqlarını yerinə yetirməsi ilə əlaqədar Rusiya Müdafiə Naziri (Rusiya Müdafiə Nazirliyinin rəsmi internet səhifəsi (www.mil.ru)) Ermənistan Müdafiyə Naziri ilə danışıb, sanki hesabat verib. Amma hansı ki, Rusiya Müdafiə Naziri bu məsələni yalnız Azərbaycan Müdafiə Naziri ilə müzakirə etməlidir,, Ona görə ki, ərazi Azərbaycanın ərazisidir. Görünən o ki, bu gedişatla ətrafı Putinə yenə keçmiş şakerine qayıtması üçün ellerindən geleni edirlər. Lakin Putin özü də yaxşı bilir ki, Azərbaycanın bu dəfə atdığı addımlarla zarafat eləmir. Çünki, Azərbaycan 30 il öncəki Azərbaycan deyil və kiçik bir yanlışlıq bölgəni yenidən atəş çəmbərinə çevirə bilər və bu atəş də hər mənada Rusiyaya da çıçrayar. Bu isə keçmiş SSRİ kimi, indiki Rusiyanın sonunu gətirər. Nəzərə alsaq ki, Dünyanın digər super güclərinin də bu bölgədəki amacları budur, day başqa arqumentə ehtiyac qalmır. Odur ki, Rusiya özünə çəki düzən verib, Dağlıq Qarabağda üzərinə düşəni yapsa yaxşıdır.

Son yazılar