Martın 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Türkiyənin Mersin vilayətində inşa olunan "Akkuyu" Atom Elektrik Stansiyasının (AES) 3-cü reaktorunun təməlqoyma mərasimində iştirak edəcək.
"Report" xəbər verir ki, bu barədə yerli mətbuata açıqlamasında Türkiyənin enerji və təbii qaynaqlar naziri Fatih Dönmez məlumat verib.
Onun sözlərinə görə, tədbir videokonfrans formatında baş tutacaq.
Xatırladaq ki, Rusiya və Türkiyə arasında "Akkuyu" AES-in inşasına dair müqavilə 2010-cu ildə imzalanıb, 2 il əvvəl isə iki ölkənin lideri onlayn formatda stansiyanın ilk reaktorunun təməlini qoyub. Ümumi gücü 4,8 min meqavat olacaq 4 reaktordan ibarət stansiyanın ilk blokunun 2023-cü ildə, Türkiyə Cümhuryyətinin 100 illik yubilieyində istismara verilməsi planlaşdırılır.


Şərhlər
Əlbəttə,biz bu işdə Türkiyəyə xeyir və uğur diləyirik.Ancaq Rusiyanın tikdiyi AES-lərin əksəriyyəti sonda təhlükəyə səbəb olur.Hətta Yaponiya kimi bir ölkə AES tikintisinin təhlükəsiz olacağına zəmanət verə bilmir.Nüvə sahəsinə bələdçilik üçün,bəlkə də Türkiyəyə belə bir addım lazımdır.Ancaq ehtiyat tədbirlərini etmək,ermənipərəst Rusiyanın gördüyü işi nəzarətsiz buraxmamaq çox vacibdir.