Menu

Məhkəmələrin 95 faiz qərarları dəyişdirilmədən saxlanılıb

01.03.2021, 16:32
Məhkəmələrin 95 faiz qərarları dəyişdirilmədən saxlanılıb

Ötən il birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının, demək olar ki, 80 %-i ilə tərəflər razılaşıb.

Bu barədə “Report”a Məhkəmə Hüquq Şurasından məlumat verilib.

Bildirilib ki, həmin işlərdən apellyasiya şikayəti verilməyib.

Ümumiyyətlə, birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının 95 %-i, hökmlərin isə 91,3 %-i dəyişdirilməyərək sabit qalıb.

Qeyd olunub ki, son illər həyata keçirilən qanunvericilik və institusional tədbirlər məhkəmələrin mülki sahədə iş yükünün xeyli azalmasına təsir edib. Bu isə işlərə daha çevik və keyfiyyətlə baxılmasını şərtləndirir.

Şərhlər

Xalq 2021-03-01 19:28:42

nəhayət ki, "ədalət" zəfər çaldı!

Mustafayev Mətləb 2021-03-01 19:24:58

Cənab Fikrət Məmmədov 2 saylı inzibati-iqtisadi məhkəməsinin hakimi Rüstəm Kərimlinin barəmdə qəbul etdiyi qərarın düzgünlüyünü kim yoxlaya bilər?????

ejder 2021-03-01 16:55:28

bu hakimiyyetde qanun,mehkeme ancaq sozdedir,sifariwledi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol