"Azərlotereya” niyə xarici idarəetməyə verildi? - "Bu bazarda canlanma müşahidə edəcəyik”

Fevralın 27-də “Azərlotereya” ASC-nin Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilməsinə dair müqavilə imzalanıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bu müqavilə ilə “Azərlotereya” ASC 10 il müddətinə bu sahədə zəngin təcrübəsi olan türk şirkətinin idarəetməsinə verilir.

Nazir deyib ki, şirkətin fəaliyyəti özünü doğruldacağı halda müqavilə müddətinin daha 5 il uzadılması mümkündür: “Dövlət idarəetmə funksiyalarını tədricən tənzimləmə funksiyaları ilə əvəz etməyə, dövlət şirkətləri üzrə xərcləri azaltmağa və onların idarəçiliyinin effektliyini artırmağa çalışır”.

Cabbarov qeyd edib ki, bu məsələdə Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdən biri də xarici investorların, texnologiyaların və texnoloji biliklərin ölkəmizə cəlb edilməsidir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Press Klub”a açıqlamasında bildirdi ki, Türkiyə lotereya oyunlarının təşkili və yeni məhsulların bazara çıxarılması baxımından təcrübəyə malik olan ölkələrdən biridir: “Bu baxımdan Türkiyə ilə əməkdaşlıq həm də Azərbaycanda bu sahənin inkişafı baxımından vacib hesab olunur. 

Bu, bir tərəfdən lotereya bazarına inamın artmasına imkan verəcək – bu isə yeni sərmayənin cəlb edilməsi baxımından vacibdir – digər tərəfdən isə fərqli məhsulların bazara çıxarılması, təqdim olunması, bazarda istehlakçıların sayının artırılması və istehlakçı-sahibkar münasibətlərinin tənzimlənməsi baxımından önəmlidir. 

Burada digər məqam əldə edilən vəsaitlərin sahibkar, eləcə də istehlakçı arasında uduş fondunun bölüşdürülməsi və uduş fondunun formalaşdırılmaı ilə bağlıdır. Bu istiqamətdə də beynəlxalq təcrübədən istifadə olunması məqsədəuyğundur. Bu isə birmənalı şəkildə Azərbaycanın lotereya bazarının inkişafına təkan verəcək. Gözlənilir ki, yaxın zamanda bu bazarda canlanma müşahidə edəcəyik”.

"AzPolitika.info"

635x100

Şərhlər

kƏRİM 2021-03-03 11:55:48

BU DA NÖVBƏTİ NÖMRƏLƏRDƏN BİRİDİR.

ATTILA Bilge Kagan 2021-03-03 11:13:06

Boyuk Turkuye,hec vaxt Bize ve Boyuk Turk devletlerine xarici deyil,eksine cox doqmadir!!!Allah Nuru pasaya rehmet elesin,elede Allah R.T.Erdoqanada can saqliqi,Dunya Liderliyinde coxlu UQURLAR ARZULAYIRIQ!!!

Son yazılar