Menu

YAP-ın qurultay nümayəndələrindən koronavirus testi götürülür

04.03.2021, 10:41
YAP-ın qurultay nümayəndələrindən koronavirus testi götürülür

Yeni Azərbaycan Partiyasının (YAP) martın 5-də keçiriləcək növbədənkənar qurultayının nümayəndələrindən koronavirus testi götürülür.

APA-nın məlumatına görə, qurultay nümayəndələri bu gün yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tibbi test yoxlanışından keçməyə başlayıblar.

Qeyd edək ki, YAP-ın VI qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol