Menu

"AZƏRBAYCANIN QARABAĞDA ANTİTERROR ƏMƏLİYYATLARI APARMAQ HÜQUQU VAR" - Brayza

04.03.2021, 12:36
"AZƏRBAYCANIN QARABAĞDA ANTİTERROR ƏMƏLİYYATLARI APARMAQ HÜQUQU VAR" - Brayza

“Azərbaycanın antiterror əməliyyatları aparmaq hüqüqü var”. Bunu ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayza REAL TV-yə müsahibəsində deyib. 

O, bildirib ki, 10 noyabrda imzalanan bəyanata əsasən atəşkəs elan olundu və o bəyanatdan sonra Hadrut qəsəbəsində erməni həbiçiləri aşkar olundu: “Ermənistan üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsinin təmin edilməsi, atəşkəs rejiminin qorunmasına və sülhün təmin olunmasına dəstək verməlidir.

Ərazidə qalmış silahlı dəstələr və ya Ermənistan ordusunun əsgərləri vasitəsi ilə təxribatların törədilməsi, vəziyyətin qəsdən gərginləşdirilməsi kimi məsələlərdən ölkədaxili məqsədlər üçün istifadə edilməsindən çəkinməlidir.

Buna görə də Azərbaycanın bu insanları həbs etmək hüqüqü var. Terrorçuları zərərsizləşdirmək haqqı var. Prezident Əliyevin mətbuat konfransında dediyi kimi, atəşkəsdən sonra Azərbaycan ərazisinə qanunsuz daxil olan ermənilər sərbəst buraxıla bilməz.

Qarabağ Azərbaycanın bir hissəsidir və bu belə qalacaq. Düşünürəm ki, ermənilər də bununla razılaşmalı olacaq”.


Şərhlər

Veteran-a 2021-03-04 18:21:00

Sz cəhənnəmə vasil etmək istədiklərinizin kimlər olduğunu bilirsinizmi?

Veteran 2021-03-04 15:13:46

Əvvəlcə daxıldəki "5-ci kalona" qarşı antiteror əməliyyatı aparıb,bunları cəhənnəmə vasil etmək lazımdır.

Vətənpərvər. 2021-03-04 14:01:37

BU hüquqdan istifadə etməyi istəyən yetkilinin olması vacibdir.Axı 5-ci kolon hər addımda fəaliyyətdədir v yuxarılarda yerləşiblər..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol