Menu

Vazgen Manukyan istintaqa çağırılıb

04.03.2021, 12:44
Vazgen Manukyan istintaqa çağırılıb

Ermənistan müxalifətinin yaratdığı “Vətənin xilası uğrunda hərəkat”ın baş nazir postuna vahid namizədi Vazgen Manukyan martın 4-də Ermənistan İstintaq Komitəsinə çağırılıb.

“Report” xəbər verir ki, məlumatı “Lragir” yayıb.

Bildirilib ki, o, “hakimiyyəti ələ keçirməyə”, “ölkənin ərazi bütövlüyünü pozmağa” və “konstitusiya quruluşunu” güc yolu ilə dəyişməyə çağırış etməkdə ittiham olunur.

Məlumata görə, Manukyan baş nazir Nikol Paşinyanın istefası tələbi ilə fevralın 12-dən 20-dək keçirilən mitinqdəki çıxışında hakimiyyəti güc yolu ilə keçirməyə çağırışlar etməkdə təqsirləndirilir.

Ermənistan İstintaq Komitəsi Vazgen Manukyandan ölkəni tərk etməmək barədə iltizam alaraq sərbəst buraxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol