Qulu Məhərrəmli: “Bu, onların Ana dilinə qəsdidir,cəzasız qalması isə tamam başqa dərddir!”
"Bir ay əvvəl AMEA-nın Dilçilik İnstitutunda “Qaynar xətt”in fəaliyyətinin dayandırılması və bu sistemə aid otağın hansısa şuraya verilməsi barədə "Facebook"-da yazdığım statusun mediada işıqlandırılması və ictimaiyyətin reaksiyası müəyyən bəhrə verdi, amma problemi həll etmədi. Mövzunun həssaslığını anlayan Dilçilik İnstitutu ötən ilin dekabrından fəaliyyəti dayandırılmış xəttin 5380637 şəhər nömrəsini tez-tələsik əlaqə telefonu kimi işə salıb. Amma bütövlükdə söndürülmüş serveri, interneti və elektron xidməti bərpa etməyiblər".
"AzPolitika.info" xəbər verir ki, bunu professor Qulu Məhərrəmli "Facebook"-dakı hesabında yazıb.
Onun sözlərinə görə, sadəcə, bir adam ayırıblar ki, iş saatlarında “dədə-baba qaydası” ilə zənglərə cavab versin. Amma saat 17-dən sonra və şənbə-bazar günlərində həmin zənglərə cavab verilmir.
"Daha bunun nəyi “qaynar xətt” oldu?"- deyə professor sual edir.
Q. Məhərrəmli daha sonra bildirir ki, bu bacarıqsızlıqları bir yana qalsın, hələ AMEA ictimaiyyətə yanlış məlumat verir: "İki gün əvvəl qurumun saytı Dilçilik İnstitutna istinadən belə bir məlumat yayıb ki, “qaynar xəttin fəaliyyət göstərməməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”. Adamı heyrət bürüyür ki, ya bunlar ümumən müasir texnologiya kimi elektron sistemə əsaslanan “qaynar xətt” anlayışından xəbərsizdirlər, ya da Ana dilinə gerçək münasibətləri elə budur".
Professor xatırladır ki, dünyada, xüsusən dil qurumları olan ölkələrdə “qaynar xətt” müasir dildə gedən prosesləri öyrənməyə, nöqsanları aradan qaldırmağa və dildə üzə çıxan mübahisələri aydınlaşdırmağa xidmət edən sistem kimi fəaliyyət göstərir.
"Ona görə bizdə də Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində düzgün işlədilməsi və dilçiliyin inkişafı ilə bağlı Dövlət Proqramı”nda xüsusi maddə (6.1.5) ilə Dilçilik İnstitutunda “Qaynar xətt”in yaradılması vacib hesab olunub. Və akademik Tofiq Hacıyevin rəhbərliyi dövründə həmin xətt böyük əziyyətlər hesabına ərsəyə gətirilərək istifadəyə verilib.

Təəssüf ki, indi bu işə cavbdeh olan İsa Həbibbəyli və Möhsün Nağısoylu kimi kal akademiklər ana dilinə xidməti yalnız “möhtəşəm” iclaslar keçirib dilin inkişafı haqqında moizələr oxumaqda, yalançı tədbirlərlə gözə kül üfürməkdə görürlər".
Qulu Məhərrəmli qeyd edir ki, bir aydan çoxdur, problemin ictimailəşməsinə baxmayaraq, bu adamlar elektron sistem kimi “qaynar xətti”in bərpası üçün heç bir addım atmayıblar, yalnız işin üstünü malalamağa, sadəcə, nömrəni şəhər telefonuna qoşmaqla görüntü yaratmağa çalışıblar.
"Bu, ictimai əhəmiyyəti olan bir işə saymazyana münasibətdir, millətin dil probleminə, dövlətin dil quruculuğu siyasətinə hörmətsizlikdir. Ona görə də belə hesab edirəm ki, “Qaynar xətt”in serverinin söndürülməsi, avtomat xətlərin sıradan çıxarılması, proqram təminatının pozulması məhz İ.Həbibbəyli və M.Nağısoylu kimilərinin məsuliyyətsizliyinin nəticəsi, onların Ana dilinə qəsdidir.
Heç nə yarada bilməyənlərin mövcud olanları rahatlıqla dağıtması bir dərddir, onların cəzasız qalması isə tamam başqa dərddir!"-deyə professor vurğulayıb.
"AzPolitika.info"

Şərhlər
Azərbaycanda vəzifəyə o adamlar gətirilir ki,əvvəla ... olsun,sonra hamama gedib,qalstuk taxsın,girdirmə diplomu olsun,ləbbey deməyi bacarsın LondonAmerika universitetləeinin həftəlik kurslarının sertifikatını alsın.gəlsin qohumlarının yanına.Qohumu yoxdursa bir az pul düzəldib yaxınlaşsın yerlilərinə.Vəssalam.Sonra olurlar nazir.icra başçısı və sair000e.Başlanır rüşvət,oğurluq... YAP=a maşallah! Deputat da edərlər.Zarafat deyil.yat.yuxla,gəz! Ayda 5-6 min manat maaş!
Bu "akademiklər" çoxdan naftalin iyi verirlər.Nəinki Akademiyanı ,bütun azərbaycanı iyrəndiriblər.
AKADEMİK ÇLENKOR STATUSLARI DOHDURLUG MÜDAFİESİ VAK LEĞV EDİLMELİDİR AKADEMY GAPANMALI AMAKA TİPLİ BİR ÇOK ARAŞDIRMA İNSTİTUTLARI BAĞLANMALIDIR ELMİN İNKİŞAFI 0 VARİANTDAN BAŞLANMALI BU BAREDE SONRA
YAŞI 65 DEN ÇOK OLAN "ALİMLER" ÖTEN YÜZYILIN 70-80 DE GÖRDÜ(RDÜR)DÜKLERİ İŞLERİ YENİ ADIYLA SIRIYIR 35 DEN AŞAĞILARIN İSE OERTA OKUL SEVİYYESİNDE BİLİKLERİ YOK.
AKADEMİKLERİN ÇLENKORLARIN PROFESORLARIN YÜZDE DOXSANININ 9 SINIF SEVİYYESİNDE SAVADI YOK.
AZERBAYCAN ELMİ COKDAN CAN VERİB. FATİHESİNİ DE RAMİZ MEHDİYEVLE ELÇİN BABAYEV VERİB.
BÜTÜN SİVİL ALEMDE OLDUĞU GİBİ YEK PH DOCTOR MÜDAFİESİ KAFİDİ. FİKİRLERİM ÇOKDU LAP ÇOKDU İMKAN VERSEZ YAYIMLARIM!
AZERBAYCAN ELMİNUİN YEGANE HİLAS YOLU AMEANIN GAPANMASIDIR. AKADEM AKADEMİKLERİN CLENKORLARIN PROFESORLARIN 100de 90ı . IX SİNİF SEVİYESİNE MALİK DEYİL. YAŞI 60ı ÖTMÜŞLER ÖTEN YÜZYILIN 60 70 LERDE GÖRDÜKLERİNİ YENİ ADIYLA MEGALELERE OTCOTLARA SIRIMAKDADIR. 35den AŞAĞILARINSA ORTA OKUL SEVİYESİNDE SAVADI YOK. AKADEMİK CLENKOR STATUSLARI, DOXDURLUG MÜDAFİELERİ , SOVET GALIĞI VAK LEĞV ED AKADEMİKLERİN CLENKORLARIN PROFESORLARIN YÜZDE DOKSANININ ORTA OKULUN IX SİNFİ KADAR SAVADI YOK. YAŞI 60dan YUKARI OLANLAR ÖTEN YÜZYILIN 60 70lerde GÖRDÜKLERİNİ YENİ ADIYLA MEGALELERE OTCOTLARA DAHİL EDİYOR, YAŞI 35den AŞAĞILAR İSE NE OKUL NE UNİVERSİTE HAZIRLIĞINA MALİK DEYİL. DOXDURLUG MÜDAFİESİ LEGV OLUNMALI SOVET GALIĞI VAK LEĞV OLUNMALIDIR. BÜTÜN SİVİL ALEMDE OLDUĞU GİBİ YEK
GULU EFENDİ, DİL PROBLEMLERİ DEYİLENİ ÇÖZELEMEYİN BİR YOLU VAR: LENGİMEDEN STALİN DAMĞALI, HEBİBBEYLİLERİN, NAĞISOYLARIN KOR GOYDUĞU AZERBİCAN DİLİ ADLI NESNEDEN İMTİNA EDİB TÜRKİYECEYE - ÜMUMTÜRK EDEBİ DİLİNE KEÇMELİ. BİZ BİR MİLLET İKİ DEVLETİZ. BİR MİLLETİN BİR DE DİLİ OLAR DA BE!
Bəli,kal,kar və kor akademiklərdi.Ona görə millətin dili də, dini də, dəyərləri də yoxa çıxıb
Siz hələ bunun soyadına fikir verin: Nağısoylu. Nə başa düşdünüz? Ya Nağısoy olsun, ya da Nağılı. Özünə belə soyad quraşdıran adam milli dilçiliyə nə mollalıq edə bilər? Hələ atasının adını görsəniz, deyərsiniz ki, bunlarda bünövrədən Azərbaycan dilini bilən olmayıb...
Gözel nümunedir genclere.Professor akademiklere müraciet edir
Qulu Məhərrəmli yetişmiş akademikdir. Dərilmə vaxtı çatıb.
Sağ olun, Qulu müəllim! Bir geoloq-alim necə də gözəl deyib: "Milləti məhv etmək istəyirsənsə, yerlibazlığı və qohumbazlığı önə çək!"
Azərbaycan dili İsa Həbibbəylinin ana dili deyil ki...Akademiyadakı failiyyəti Azərbaycana aid nəyisə qorumaq deyil,bərbad eləməkdir.
Guya ki,Akademiyanın perzidenti kal deyil?Elə Elmlər Akademiyası kal və yerişməmişlerden ibarətdir də!Son 30 ildə heç olmasa bir dənə fundamental elmi iş ortaya çıxarıblar?
Möhsün görəsən naqis sözünün ne demək olduğunu bilir? ......Bəs belə adamlar necə akademik olublar?yu