Menu

YAP-ın qurultayından yeni məlumatlar - "İştirakçılar eyni zala toplaşmayıb..."

05.03.2021, 12:26
YAP-ın qurultayından yeni məlumatlar - "İştirakçılar eyni zala toplaşmayıb..."

Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı öz işini davam etdirir. Etikxeber.az saytının hakim partiya yetkililərindən aldığı məlumata görə, YAP sədri, Prezident İlham Əliyev və sədrin müavini, Birinci vitse-prezident Mehriban Əliyeva qurultaya birbaşa deyil, videokonfrans formatında qatılıblar. İlham Əliyev qurultayda çıxış edib.

Mənbə bildirib ki, 200-dən artıq YAP üzvünün hamsı eyni zala toplaşmayıb, onlar müxtəif zallardan onlayn formatda tədbirdə iştirak edirlər. Bu məqsədlə zallarda iri monitorlar quraşdırılıb.

YAP-dakı mənbələr bildirirlər ki, qurultay zamanı bır sıra tanınmışların, bəzi YAP-çı deputatların, dövlət və hökumət rəsmilərinin, bitərəflərin İdarə Heyətinə və Siyasi Şuraya seçilməsi gözlənilir.

Bunlar Prezident Administrasiyasının (PA) şöbə müdiri Ədalət Vəliyev, spiker Sahibə Qafarova, Birinci vitse-spiker Əli Hüseynli, həmçinin, millət vəkilləri Tahir Mirkişili, Elnur Allahverdiyev, Naqif Həmzəyev, Sadiq Qurbanov və digərləridir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol