"Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü olmamağımdan məyus olsam da, partiyanın qərarına hörmətlə yanaşıram".
"AzPolitika.info" xəbər verir ki, bu sözləri "yeniavaz.com" saytına açıqlamasında Prezidentin keçmiş köməkçisi Əli Həsənov deyib.
Xatırladaq ki, Ə.Həsənov qurultaya qədər partiyanın ali orqanı olan İdarə Heyətinin üzvü olub. Həmkarlarından fərqli olaraq onun namizədliyi nə Veteranlar Şurasının, nə də Nəzarət Təftiş Komissiyasının üzvlüyünə irəli sürülməyib.
“Qurultay partiyanın ali orqanıdır. Onun qəbul elədiyi qərar bütün partiya üzvləri üçün məcburi xarakter daşıyır. Ona görə də mən qurultayın qərarına hörmətlə yanaşıram”, - deyə Ə. Həsənov vurğulayıb.
YAP-ın martın 5-də keçirilən növbədənkənar VII qurultayında qəbul olunan qərarlara əsasən Əli Həsənov, AMEA prezidenti Ramiz Mehdiyev və millət vəkili Siyavuş Novruzov, həmçinin Nurlana Əliyeva partiyanın İdarə Heyətinin üzvlüyündən çıxarılıb.
"AzPolitika.info"


Şərhlər
Bu nə qədər .... adamdır.Yenədə qorxusundan məddahlıq edir
bəs dedilər bu iflic olub?
Sən qurultayın Qərarından yox, elədiyin hərəkətlərdən məyus ol...
Utanmasan oynamağa nə var ki...bu boyda mərəkədən sonra, danışırsa, daha mənim sözüm yoxdur, əgər bu yazılanlar yalandısa çıx təkzib ver, doğrudusa...
Nə qədər arsız adam olasan ki, bütün bunlardan sonra Ölkə başçısını qurultayda vermiş olduğu qərarların da əlehinə gedəsən. inşallah belələrini tamami ilə silib çöplüyə atmaq lazımdır.
Əli müəllimin sözü böyük oğruların mövqeyidir.Bu qədər cinayətdən sonra pağını köndələn qoyub yığdıqlarını yeyirsən,cəzasız qalırsan,hələ YAP-dan uzaqda qaldığına görə təəssüflənirsən..