Menu

Ermənistan hökumətində istefa

16.10.2014, 13:12
Ermənistan hökumətində istefa

“Media forum” saytı bildirir ki, Ermənistanda baş nazir müavini və ərazi idarəetmə naziri Armen Gevorkyan oktyabrın 16-da istefa verib.

41 yaşlı hökumət üzvünün istefasının səbəbi açıqlanmasa da, baş nazir Ovik Abramyan bəyan edib ki, Gevorkyan fəaliyyətini özəl sahədə davam etdirəcək.

Gevorkyan baş nazir müavini və ərazi idarəetmə naziri postunu 2008-ci ildən tuturdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol