Menu

Şərurlu İsfəndiyarın restoranında dava - Müğənni aranı qatdı, aşığı vurdular

07.03.2021, 11:25
Şərurlu İsfəndiyarın restoranında dava - Müğənni aranı qatdı, aşığı vurdular

İş adamı Şərurlu İsfəndiyarın sahibi olduğu "Hollivud" restoranında insident yaşanıb.Unikal.org-un əldə etdiyi məlumata görə, otel biznesi ilə məşğul olan iş adamlarından birinin təşkil etdiyi ziyafətdə dava düşüb. 

Belə ki, ziyafətin aparıcısı müğənni Nüşabə Musayeva ilə ev sahibi arasında anlaşılmazlıq olub. Bu zaman müğənni əlində olan bakalı qaldırıb, yerə çırıb. Sonra məclisdə dava düşüb. Dava zamanı qonaqlardan biri aşıq Fəzail Miskinliyə yumruq vurub. Aşıq huşunu itirərək yerə yıxılıb.

Aranın qızışdığını görən ziyafəti təşkil edən iş adamı qonaqları sakitləşdirib.

Şərhlər

Dadaş 2021-03-07 23:33:24

Būtūn qadağalar yazıq kasub kusib ūçūndūr. 10 nəfərlə ölūsū ūçūn yas kećirdəndə polis başınïn ūstūnū kəsdirib cərimələyir o dəqiqə. Qanunun Isfəndiyara aidiyyatı yoxdur??

.EJDER 2021-03-07 21:30:55

BUNLARA HER WEY OLAR,TOYDA,BANKETDE,KASIB ANCAQ QARABAQDA DOYUWMELIDI,BU NATEMIZLERI KEYF ELEMELIDI ,HAY HAY

Ayda 2021-03-07 18:49:28

Bəs polis harada idi? Neyçün obyekt sahibini və tədbir iştirakçılarını cərimələməyib? Şərurli İsfəndiyara hər şey olar? bir başqası evində 5 nəfərlə ad günü keçirdəndə polis o dəqiqə gəlib cərimələyir

Fuad 2021-03-07 16:31:24

Noooldu bəs deyirsiz yıgıncaq olmaz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol