NASA-da araşdırma aparan bir qrup tədqiqatçı Günəş radiasiyasının artması nəticəsində 1.000.002.021-ci ildə, yəni bir milyard il sonra Yerdə oksigenin tükənəcəyini və bu üzdən də həyatın yox ola biləcəyini iddia edib.
Alimlərin fikrincə, zamanla Günəş dünyadakı oksigeni tükətməklə, planeti yaşanmaz hala gətirəcək.
Tədqiqat qrupundan Kazumi Ozaki, inkişaf etdirdikləri modeli 400.000 dəfə işlədiklərini söylədi. Təxminən, 2,5 milyard il əvvəl dünya oksigenlə zəngin bir planetə çevrildi. Oksigensizləşməyə milyard il qalsa da, bəşəriyyət üçün hal-hazırda ən böyük təhlükə qlobal istiləşmə və gətirdiyi iqlim dəyişikliyidir.
Nəzərə alsaq ki, COVİD-19-la bağlı qısamüddətli iqlim normallaşması artıq öz təsirini itirib, karbon emissiyaları yenidən pandemiyadan əvvəlki dövrünə qayıdıb. Dünya sənayedən əvvəlki dövrdən artıq 1,5 dərəcə daha isti olub.
AzPolitika.info


Şərhlər