Menu

Vətən müharibəsi şəhidinin nəşi Sabirabada gətirilib - FOTOLAR

08.03.2021, 14:43
Vətən müharibəsi şəhidinin nəşi Sabirabada gətirilib - FOTOLAR

Vətən müharibəsi şəhidi əsgər Balakişiyev Zamin Dadaş oğlu torpağa tapşırılıb.

"Report"un Muğan bürosu xəbər verir ki, Sabirabad rayonunun Qaralar kəndində dəfn edilib.

***

Vətən müharibəsi zamanı yaralanaraq 5 ay komada qalan şəhid əsgərin nəşi dəfn edilmək üçün Sabirabada gətirilib.

"Report"un Muğan bürosu xəbər verir ki, əsgər Balakişiyev Zamin Dadaş oğlu dünən müalicə olunduğu hospitalda vəfat edib.

Şəhid əsgər vida mərasimindən sonra doğulduğu Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn ediləcək.

Şəhidimiz nişanlı idi.

Qeyd edək ki, Zamin Balakişiyev 2001-ci ildə Sabirabad rayonunun Qaralar kəndində anadan olub.

Ali Baş Komandanın sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Şərhlər

Xalq 2021-03-08 19:44:28

Allah şəhidimizə rəhmət eləsin! Qəbri nurla dolsun! Məkanı cənnət olsun! Balaları sağ olsunlar!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol