Menu

Azərbaycanda günün koronavirus statistikası açıqlandı

08.03.2021, 18:09
Azərbaycanda  günün koronavirus statistikası açıqlandı

Azərbaycanda koronavirus infeksiyasına 195 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 6 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 236 963 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 789 nəfər müalicə olunaraq sağalıb, 3 247 nəfər vəfat edib. Hazırda 3 927 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 624, bu günə qədər isə ümumilikdə 2 657 999 test icra olunub.

Şərhlər

Vətəndaş 2021-03-08 21:23:56

Belə statistikanın doğruıuğuna necə inanmaq mümkündür7 tutaq ki,son günlər yoluxmaların sayı artır.Bəs o zaman sağalanların sayıniyə sürətlə azalır? Azərbaycan səhiyyəsi,onun qeyri-müəyyən sayılan TƏBİB-i nə ilə məşğuldur ki, sağalanların sayı sürətlə azalır? Buna diqqət vetən yetkili varmı? Varsa.niyə əsaslandırılmr?Deməli statistika quraşdırma,yalandır.Bir gündə 450-700 sağalma göstərən TƏBİB indi niyə 70-100 sayı göstərir? Xəstaxanalar bağlanıb,yoxsa köçüblər?kğ şüh

vətəndaş 2021-03-08 20:48:23

Elə bir rəqəm yazinki camaat inansın

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol