Bakıda ötən gün restoranların birində karantin qaydaları pozulub. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təşkil edilən gecədə bir çox layiq olmadıqları halda yüksək fəxri ad alan müğənnilər də iştirak edib.
Belə ki, "Xalq artisti "adı daşıyan Aygün Kazımova, Brilliant Dadaşova, rəqqasə Rəna Ağamuradova (Renka), stilist-vizajist Nigar İbrahimova, Samir Əliyev (Samiraldo), Cahad Hacıyev və digər şou-biznes nümayəndələri qanun-qayda tanımadıqlarının nümayiş etdiriblər.
Bu səbəbdən əyləncə zamanı sosial məsafəni qorumağa da ehtiyac duymayıblar.
Maraqlıdır, sadə vətəndaşları bəzən hətta yas məclisindən əli qandallı polis idarələrinə aparıb cərimələyən hüquq-mühafizə orqanları, şou-biznes nümayəndələrinə qarşı da oxşar tədbirlər görə biləcəkmi?


Şərhlər
Adları çəkilən xanımlara və cənablara heç bir hörmətim yoxdur,ancaq əslində onlar qanunu pozmayıblar
"Kim nə deyər, bizdə olan qeyrətə, qeyrətimiz bəllidir hər millətə...", Allah sənə rəhmət eləsin, Mirzə Ələkbər Sabir, necə də gözəl demisən...Bu da bizim "Xalq Artistlərimiz", bu Cahad Hacıyev Brilyantın oğludur və yəqin ki, bu yaxınlarda adı başqa bir məkanda belə bir kef məclisində adı hallanmışdı..."çox vətənpərvər, orduda Vətənin müdafiəsində xüsusilə ermənilərə qarşı barışmaz, amansızlığı ilə fərqlənən "igidimizdir.
Birdəfəlik xalqa elan edin ki, zadəgan və mülkədarlar, eləcə də onlarışənləndirən mütrüf və təlxəklər qanunlar qarşısında heç bir məsuliyyət daşımır. Zatən biz bunu gündəlik həyatımızda addımbaşı görürürük.Məsələni leqallaşdırın biz də işimizi bilək. Qaxılaq oturaq yerimizdə.
"Maraqlıdır, sadə vətəndaşları bəzən hətta yas məclisindən əli qandallı polis idarələrinə aparıb cərimələyən hüquq-mühafizə orqanları, şou-biznes nümayəndələrinə qarşı da oxşar tədbirlər görə biləcəkmi?" Əlbəttə, yox! Çünki, onlar sadə vətəndaş deyil XALQ ARTİSLƏRİDİR. Xalqın malına isə toxunmaq olmaz!
Burların kişi cinsinə aid olanlarını işğaldan azad olunan ərazilərə mina təmizləməyə, qadın cinsinə aid olanları isə əsgərlərimizə yemək hazırlanan mətbəxlərə - posudamoykaya (qab yuyan yerə) göndərmək lazımdır. Onsuz da onlardan xalqa bir fayda yoxdur (Arif Quliyev demişkən bunlar "bezdarnıy suşestvolardır" (yəni - faydasız məxluqlar).
Elə adlarından bəllidir.Bunlara belə yüksək ad verənlər xəcalət çəksin.Rüşvət olan ölkədə ad da satıldığı hamıya bəllidir.