Menu

Azərbaycanda yeni dövlət universiteti yaradılır

09.03.2021, 14:57
Azərbaycanda yeni dövlət universiteti yaradılır

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının bazazında Şəki Dövlət Universitetinin yaradılması məqsədilə aidiyyəti üzrə müraciət edilib.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, hazırda ADPU-nun Şəki filialında 8 ixtisas üzrə kadr hazırlığı aparılır. Hər il filiala müxtəlif ixtisaslar üzrə təxminən 270-280 tələbə qəbul olunur, ümumilikdə isə filialda 1000-ə yaxın tələbə təhsil alır.

Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Şərhlər

Seyid Ənhu 2021-03-09 15:27:01

Görəsən adı özündən 8 dəfə böyük səslənən bu universitetin kitabxana bazası varmı? Tələbələr Bakıda belə çətinliklə tapılan kitablar Şəkidə necə əldə edib oxuyurlar? Bu niversitetlər litsey səviyyəsindən o tərəfə deyillər.

Şəkili 2021-03-09 15:19:10

Bəli,1000-ə yaxın işsiz,lazımsız "kadrlıar "ordusu yaranır.Rus demişkən,zato bəzi müftəxorlar pullu" təhsil" dən varlanır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol