Hollandiyanın paytaxtı Amsterdamda bir gecə klubunda koronavirusun necə yayıldığını müşahidə etmək üçün əyləncə təşkil edilib.
1300 nəfərin iştirakı ilə təşkil olunan ziyafət 17 min nəfərlik gecə klubunda keçirilib. Tədqiqata qatılanlar gecə klubunda əylənərək koronavirus məhdudiyyətlərindən "azad" olublar. Covid-19-un yayılması ilə bağlı keçirilən bu təcrübənin əsas məqsədi, məhdudiyyətlərin qaldırılacağı dövrdə gecə klublarını nəzarətli bir şəkildə açmağın mümkün olub-olmadığını yoxlamaq idi. Tədbirdə Sam Feldt, Lady Bee və Sunnery James & Ryan Marciano kimi məşhur diceylər də çıxış edib.
Gecə klubunda aparılan təcrübədə, rəqs meydanındakı bəzi insanların hərəkətləri məhdudlaşdırılaraq, digərlərindən rəqs zamanı davamlı və ya bir dəfə maskalar taxmaları istənilib. Əlavə olaraq, müəyyən qrup insanlara mahnı oxumaq və qışqırmaq şərti ilə içkilər də verilib. Bununla da tüpürcəyin nə qədər ifraz olunduğunu müşahidə etmək mümkün olub.
Qeyd edək ki, təcrübəyə qatılan bütün iştirakçılar 48 saat əvvəl koronavirus testindən keçirilib və nə qədər riskli olsa da, nəticəsi pozitiv çıxanlar da tədbirə daxil edilib.
Güntəkin
AzPolitika.info


Şərhlər