Menu

Şəhid XTQ kapitanının övladı dünyaya gəldi

09.03.2021, 22:11
Şəhid XTQ kapitanının övladı dünyaya gəldi

Bu gün XTQ-nin şəhid kapitanı, dağ kəşfiyyatçısı Nurlan Mustafayevin oğlu dünyaya gəlib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, şəhidin oğluna atasının adı verilib.

Qeyd edək ki, Nurlan Mustafayev oktyabrın 12-də Hadrut döyüşləri zamanı şəhid olub.

O, ölümündən sonra “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı” ordeni və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Şərhlər

Xalq 2021-03-09 22:56:24

Atasına layiq oğul olsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol