Gürcüstan və Ukrayna müxtəlif tarix və coğrafiyanın ölkələridir, ancaq hər ikisi NATO-ya daxil olmağa can atır və NATO bu məsələdə onlara kömək edəcək. Bu barədə NATO Baş katibi Yens Stoltenberq Brüggedə Avropa Kollecində çıxış edərkən bəyan edib.
«NATO-nun qapıları açıq olaraq qalır. NATO-nun Buxarestdəki sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq, anaq konkret tarix göstərmədik. Bu ölkələrin NATO üzvü olmaları üçün onlar alyansın standartlarına cavab verməlidirlər» - Stoltenberq bildirib.
Onun sözlərinə görə, əhəmiyyətlidir ki, bütün ölkələr diqqəti islahatlara və institutların möhkəmlənməsinə yönəltsinlər. Bu, NATO-ya daxil olarkən Gürcüstan və Ukraynaya kömək edəcək.
«Coğrafi vəziyyətinə və tarixinə görə, iki fərqli ölkə olan Gürüstan və Ukraynaya gəlincə, bu ölkələr NATO üzvlüyünə can atırlar. Mən, onlara ismarıcla müraciət edirəm ki, onlar diqqəti islahatlara, institutların mödernləşməsinə, demokratik institutların möhkəmlənməsinə, korrupsiya ilə mübarizəyə və islahatların tətbiqinə yönəltməlidirlər. Bu islahatlarda onlara kömək edirik, islahatların həyata keçməsini dəstəkləyirik» - Stoltenberq bildirib.
AzPolitika.info


Şərhlər
Gün o gün olsun ki,bu xoşbəxtlik Azərbaycana da nəsib olsun!Rusiyanın qətl və qırğınlarından qurtulmaq,müstəqilliyimizi əbədi etmək üçün yeganə yol NATO-ya üzv olmaqdır.