Farsiyan Joranın bərəlmiş gözləri

İlhami Cəfərsoy

80-ci illərin əvvəli idi. Məni təyinatla o zaman APİ-nin filialı olan Xankəndi Pedaqoji İnstitutuna göndərmişdilər. Kafedraya girəndə erməni müəllimələrdən biri bizim millətimiz haqqında tikanlı sözlər dedi və mübahisəmiz başladı.

Deyişmənin qızğın yerində hiss etdim ki, kimsə qapının aralı yerindən bizi dinləyir. Dönüb baxanda fizika fakultəsinin dekanı Farsiyan Joranın bərəlmiş gözlərini gördüm. O məni dərsə göndərib özü içəri girdi.

Yolun yarısında dönüb geri qayıtdım. Görüm fars mənşəli o erməni mənim barəmda nə fitva verir? 

Gözlədiyimin əksinə olaraq o mənimlə mübahisə edən qızı sıxma-boğmaya salmışdı:

-Axçi, külü qoyum sənin başına. Bu cavan tork ilə mübahisə eləmə. Subay oğlandır, qılığına gir, xoşuna gəl, qoy səni alsın. Elə ki, evində arvad oldun, qazandığı pulları ye, doğduğun uşaqları millətinə düşman elə.

Sabah səhər işə gələndə qızlar məni gülər üzlə qarşıladılar. Dünən qapının arxasından dekanın sözlərini eşitməsəydim və atamın qəzəbli baxışlarından qorxmasaydım, o axçiklərdən birini alıb multikultural ailə qurardım. Necə ki, bəziləri bunu etdilər. Ağdərəli Samvel Mamunsun bacısını alıb, Qarabağda ispolkom sədri, Bakıda nazir müavini oldular.

Gəlin düşünək, nəyə görə Azərbaycanda korrupsiya, rüşvətxorluq Ermənistanla müqayisədə bu qədər çoxdur? 

Çünki kabinetlərin bir hissəsində hələ də Zəhranın yox, Aşxalusun göbəyindən çıxanlar əyləşiblər. O hibridgenlər bizə Farsiyan Joranın gözlərilə baxırlar. O metislər yumşaq kresloda əyləşib pul sayırlar...

Hibridgenlər milləti

qaz yerinə yoldular,

Dosentə iş yazdırıb

akademik oldular.

General rütbəsilə

ordumuza doldular,

Rusun skripkasında

çalındıqca havamız.

Toplarımız sussa da,

bitməyibdi davamız.


İş başına keçən kəs

qurd kimi quyruq qapır,

Klanlar və filanlar

adam minir, at çapır.

Pisməramlar mərəkdən

raket, pulemyot tapır.

Yabançı notlar ilə

bəstələnir nəvamız,

Toplarımız sussa da,

bitməyibdi davamız.


Dərd bir olsa, ölməyib

dözmək olar bəlkə də,

Ağ balığı yad yeyir,

gözüm qalıb kilkədə.

Kilsələrə müftəcə

qaz verilən ölkədə

Mənzillərdə limitlə

tüstülənir sobamız.

Toplarımız sussa da,

bitməyibdi davamız.


Çox sular bulandılar

yerin bu bölgəsində,

Villalar Avropanın

səfalı kölgəsində.

Azərbaycan, çəpiklər,

təpiklər ölkəsində

Qiymətlər göyə qalxıb,

boş qalıbdı tavamız.

Toplarımız sussa da,

bitməyibdi davamız.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar