Menu

Azərbaycanda gömrük üzrə büdcə daxilolmaları 10%-dən çox azalıb

10.03.2021, 16:26
Azərbaycanda gömrük üzrə büdcə daxilolmaları 10%-dən çox azalıb

Bu ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 593,404 milyon manat təşkil edib.

“Report” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% azdır.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 6,9 % azalaraq 158,832 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 12,3 % azalaraq 408,553 milyon manat, aksizlər üzrə daxilolmalar 3,8% artaraq 20,245 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 19,1% azalaraq 5,774 milyon manat olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol