Rəqəmsal silah, yoxsa gələcəyin texnologiyası?! - Suni zəka texnologiyasının qaranlıq üzü

Son günlərdə sosial mediada trendə çevrilmiş 'Deepfake' texnologiyası ilə yaradılan Tom Kruz videoları hər kəsi təəccübləndirir. "Deepfake" bəzilərində qorxu yaratsa da, çoxları gələcəyin texnologiyası kimi qəbul edir.

Buna səbəb əvvəlcədən çəkilmiş videolarda bir şəxsi süni sinir şəbəkələrindən istifadə etməklə məşhur aktyorun şəkli ilə əvəz edərək, son dərəcə real görüntülərin alınmasıdır.

Bir insanın görünüşünün və səsinin süni zəkanın köməyi ilə rəqəmsal mühitdə yaradılmasına imkan verən "Deepfake" texnologiyası, təklif etdiyi imkanlarla yanaşı bəzi narahatlıqlara da səbəb olub. “Deepfake” bir tərəfdən, daha az maliyyə ilə insanların rəqəmsal mühitdə yaxınları ilə danışmasının mümkün olmasını sübut etdi, digər tərəfdən isə gələcəkdə xüsusilə siyasətçilərin və məşhurların heç vaxt söyləmədikləri və ya etmədikləri şeyləri “təqlid etməklə” onlara qarşı istifadə təhlükəsini aktuallaşdırdı.

"Deepfake" videolarının yaradıcısı Kris Ume, mənfi şərhlərə aydınlıq gətirərək bu cür videoların saxtakarlıqda istifadəsinin o qədər də asan olmadığını bildirib. Məsələn, Tom Kruzu “təqlid etmək” üçün ona çox bənzəyən istedadlı təqlidçi ilə yanaşı, bir çox vizual effekt proqramlarından da istifadə edildiyini bildirib. Ume, videonu iki aya hazırladığını da əlavə edib.

Xatırladaq ki, "Deepfake" texnologiyası bir neçə il əvvəl Vaşinqton Universitetinin tədqiqat qrupu tərəfindən ABŞ-ın keçmiş prezidenti Barak Obamanın üzünü təqlid edən bir video ilə məşhurlaşmışdı.

Güntəkin

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar