Menu

Qırğız Respublikasında keçiriləcək referendumun tarixi açıqlanıb

11.03.2021, 11:50
Qırğız Respublikasında keçiriləcək referendumun tarixi açıqlanıb

Qırğız Respublikasının parlamenti yeni konstitusiya layihəsini ikinci və üçüncü oxunuşda dəstəkləyib.

“Report” xəbər verir ki, məlumatı “24.kg” yayıb.

Bildirilib ki, parlamentin məsələ ilə bağlı iclasında qeydiyyatdan keçən 100 deputatdan 94-ü layihənin lehinə, 6-sı isə əleyhinə səs verib.

Məlumata görə, yeni konstitusya layihəsi ilə bağlı 2021-ci il aprelin 11-də referendum keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol