Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə Artak Davtyanın namizədliyini təsdiqləməyib.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb.
“Prezident baş nazir Nikol Paşinyanın Artak Davtyanı Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilməsi haqqında təklifini imzalamayıb”, - mətbuat xidməti bildirib.


Şərhlər