Menu

UNEC-də “Elm günləri” keçiriləcək

12.03.2021, 14:10
UNEC-də “Elm günləri” keçiriləcək

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 27 mart - Elm Gününə həsr olunan “Elm günləri” keçiriləcək.

15-30 mart tarixlərində keçiriləcək “Elm günləri”ndə UNEC-in tədqiqat mərkəzləri və fakültələrinin xarici universitetlər, elmi tədqiqat institutları ilə birgə onlayn elmi seminarları, dəyirmi masaları, elmi müzakirələri təşkil olunacaq. Həmçinin UNEC Kitabxana-İnformasiya Mərkəzinin fondunda olan kitabların virtual sərgisi keçiriləcək.

“Elm günləri”ndə iştirak etmək istəyənlər tədbirlər planında qeyd olunan tədbirlərin zoom linkinə daxil olmalıdırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol