Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 576 yeni yoluxma faktı qeydə alınıb, 217 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 238 959 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 230 461 nəfər müalicə olunaraq sağalıb, 3 268 nəfər vəfat edib, aktiv xəstə sayı 5230 nəfərdir.
Ölkədə son sutka ərzində 8 595, hazırkı dövrədək isə 2 690 711 test aparılıb.
Qeyd edək ki, ötən sutka aparılan testlər zamanı 608 nəfərin nəticələri pozitiv çıxmışdı.


Şərhlər
Bir daha təkrar edirəm, başqa vaxt deməzdim, amma bayram ərəfəsində operativ qərargah icazə sisteminə keçəsi olsa, bu onların səhv qərarı olardı və nüfuzlarına ciddi zərbə olardı
Dövlət idarə, müəssisələrində işləyən vətəndaşlarımız bu bayram günlərində bütün streslərdən uzaqlaşmalı və sağlam əhval-ruhiyyə ilə fəaliyyətə başlamalıdırlar. Mən təəccüblənmərəm əgər operativ qərargah götürüb bu günləri pandemiyanın tüğyan etməsini bəhanə gətirərək yenidən icazə sisteminə keçər. Bu əlbəttə səhv addım olardı. Ən azından Azərbaycanın paytaxtını boşaltmaq məsləhətli olardı. Bu həm operativ qərargaha nüfuz gətirərdi, artıq-əksik dedi-qodulara yol açardı. “Azpolitika”da bu məsələdə öz rolunu oynayardı. İstirahətdən əlavə insanlarımız rayon yerlərində təsərrüfatlarını qaydaya salmaqla məşğul olardılar. Güman edirəm ki, operativ qərargah bu həssas məsələyə diqqətlə yanaşacaqdır
İnanan daşa dönsün