Menu

Siyəzəndə yol qəzası olub, ölən və xəsarət alan var

12.03.2021, 23:52
Siyəzəndə yol qəzası olub, ölən və xəsarət alan var

Siyəzəndə ağır yol nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması zamanı İsmayılova Şəbnəm Qabil qızı dünyasını dəyişib, 1975-ci il təvəllüdlü Kərimov Əsəd Səməd oğlu isə xəsarət alıb. Ə.Kərimov təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona boyun fəqərəsinin kompression sınığı diaqnozu qoyulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol