Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Ruhid Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Report” xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi kollegiyanın hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
R.Əkbərovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib.
R.Əkbərov Vəkillər Kollegiyasının üzvü olub və bir müddət əvvəl fəaliyyəti dayandırılıb.


Şərhlər