Yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəalların işğaldan azad olunmuş Ağdam rayonuna səfəri başa çatıb. “Report”un səfərdə iştirak edən əməkdaşı xəbər verir ki, nümayəndə heyəti Şahbulaq qalasına baş çəkiblər.
Onlar qalanın vəziyyəti ilə tanış olublar.
Qeyd edək ki, nümayəndə heyəti Baş Qərvənd kəndində dəmiryol ətrafında minatəmizləmə prosesi, ermənilərin hərbi istehkamları ilə, Ağdam şəhəri ilə, o cümlədən tarixi, mədəniyyət abidələri ilə tanış olublar.
***
Xəbər verildiyi kimi, ölkənin bir qrup media rəhbəri və bloggerlər işğaldan azad olunmuş Ağdam rayonuna səfər ediblər. Hazırda onlar talan edilmiş, xarabaya, viranəyə çevrilmiş yaşayış məntəqələrini ziyarət edirlər.
Qeyd edək ki, jurnalistlərlə birgə Prezidentin köməkçisi Hikmət Hacıyev də Ağdamdadır.

***
Azərbaycan Prezidentinin tapşırığına əsasən, bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunan Ağdam rayonunda səfərdədirlər.
“Report”un səfərdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, hazırda Ağdam şəhərində olan nümayəndə heyəti Ağdam Dram Teatrının yerləşdiyi əraziyə baş çəkiblər, teatrın erməni vandalları tərəfindən dağıdılan binasının qalıqlarına baxıblar.
Media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar daha sonra Ağdam Cümə məscidini ziyarət ediblər və dualar oxuyublar.
***

Media rəhbərləri və sosial media fəallarının işğaldan azad olunmuş Ağdam rayonuna səfəri başlayıb.
“AzPolitika.info”-nun məlumatına görə, Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərlik etdiyi heyət geniş tərkiblidir.
Heyətdə ölkədəki bütün televiziya, agentlik, əksər sayt və qəzet rəhbərləri, həmçinin çoxlu sayda blogger və sosial media fəalı təmsil olunur.
Jurnalistlər Ağdam rayonu ərazisindəki dağıdılmış tarixi ərazilərə baş çəkəcək, eyni zamanda mina təmizləmə əməliyyatını müşahidə edəcəklər.

“AzPolitika.info”


Şərhlər
bu ətrafı çəkib bütün dünyada sərgilər təşkil etmək yaxşı olardı.