Menu

Tovuzda iki şagirdin COVID-19-a yoluxmasına görə sinif distant təhsilə keçdi

13.03.2021, 13:42
Tovuzda iki şagirdin COVID-19-a yoluxmasına görə sinif distant təhsilə keçdi

Tovuz rayonunda fəaliyyət göstərən məktəblərdən birində koronavirus aşkar edilib, sinif bağlanıb.


"Report"un Qərb mərkəzinin məlumatına görə, Tovuz rayon İsmayıl Mürşüdov adına tam orta məktəbin 9-cu sinfi şagirdi olan 2 nəfərdə koronavirus aşkar edilib.

Buna görə, şagirdlərin təhsil aldığı həmin sinif distant təhsilə keçib.

Qeyd edək ki, məktəb öz fəaliyyətini davam etdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol