AZƏRBAYCANDA KORONAVİRUSA YOLUXANLARIN SAYI XEYLİ ARTDI - Günün statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 733yeni yoluxma faktı qeydə alınıb, 265nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 239 692 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 726 nəfər müalicə olunaraq sağalıb, 3 276 nəfər vəfat edib, aktiv xəstə sayı 5 690-dır.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 470, bu günə qədər isə ümumilikdə 2 701 181 test icra olunub.

635x100

Şərhlər

Yalçın 2021-03-14 11:11:29

Sərtlşdirmə qaçılmazdır.birdəfəlik hər yeri bağlayın və açmayın.açılan kimi yoluxma artır.bu millət yazzıqdı axı.bağla.aç.bağlayın.bir daha açmayın.əsəblərimiz tab vermir

vətəndaş 2021-03-13 23:05:27

Təbib atır nazirlər kabinetinin üstünə nazirlər kabineti atır təbibin üstünə

Moshu 2021-03-13 21:19:03

Nazirlər Kabineti yanında Operativ Qərargah deyəsən artıq özünü doğrultmur, bütün resurslarını xərcləyib. Necə olur martın əvvəllərində pandemiyanın səviyyəsi yüksək deyildi. Elə ki, novruz bayramı yaxınlaşır, pandemiyanın keyfi durur və qızışıyor. Ən azından eyibdir rəqəmləri şişirtmək və əhalini inandırmaq ki, pandemiyanın artması sizi qıracaq. Narahat olmayın, bayramdan sonra xəstələnənlərin sayı yenə azalacaq. Bu biabırçılıqdır.....

Xalq 2021-03-13 20:50:42

Bütün yoluxmalar avtobuslarda olur, basabasdan insanlar bir ayağı üstə dayanır. Elə olur ki, yarım saat avtobus olmur. Camaat məcbur olub minir avtobusa və budur nəticə!

vətəndaş 2021-03-13 17:47:58

Elədə yazırsınız.Siz dedim bizdə inandıq

Son yazılar