Menu

Ermənistanda koronavirusdan ölənlərin sayı 3 255-ə çatıb

14.03.2021, 11:24
Ermənistanda koronavirusdan ölənlərin sayı 3 255-ə çatıb

Ermənistanda son sutkada daha 486 nəfər COVID-19-a yoluxub. “Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 178 385-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 3 255-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 837 nəfərdir. İndiyədək 166 180 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 8 113 aktiv koronavirus xəstəsi var.

Şərhlər

t.ədalət 2021-03-14 14:24:07

Nə qədər çox olsa yaxşıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol