Menu

Millimizin heyəti açıqlandı - SİYAHI

14.03.2021, 21:50
Millimizin heyəti açıqlandı - SİYAHI

Azərbaycan milli komandasının Portuqaliya və Serbiya ilə dünya çempionatının seçmə oyunları, həmçinin Qətərlə yoldaşlıq görüşü üçün heyəti açıqlanıb.

"Report"un AFFA-nın rəsmi saytına istinadla məlumatına görə, baş məşqçi Cani De Byazi 30 futbolçuya dəvət göndərib. Onların arasında cəmi bir legioner var ki, bu da Ukrayna "Minay"ından ilk dəfə çağırılan hücumçu Anatoli Nuriyevdir.

Əvəzində martın 15-dən başlanacaq hazırlıq prosesində kapitan Maksim Medvedev iştirak etməyəcək. Medvedev De Byaziyə müraciətində şəxsi məsələləri ilə əlaqədar toplanışa cəlb olunmamasını xahiş edib. Baş məşqçi onun xahişini müsbət cavablandırıb.

№AD, SOYADKLUB
1Emil BalayevQarabağ
2Şahrudin MəhəmmədəliyevQarabağ
3Mehdi CənnətovSumqayıt
4Anton KrivotsyukNeftçi
5Elvin CəfərquliyevQarabağ
6Bədavi HüseynovQarabağ
7Sərtan TaşkınZirə
8Amin SeydiyevSabah
9Şəhriyar ƏliyevKeşlə
10Azər SalahlıKeşlə
11Tellur MütəllimovSumqayıt
12Təmkin XəlilzadəSabah
13Bəhlul MustafazadəSabah
14Abbas HüseynovQarabağ
15Elvin BədəlovSumqayıt
16Qara QarayevQarabağ
17Toral BayramovQarabağ
18Anatoli NuriyevMinay (Ukrayna)
19Emin MahmudovNeftçi
20Aleksey İsayevSabah
21İsmayil İbrahimliQarabağ
22Rəhim SadıxovSumqayıt
23Xəyal NəcəfovSumqayıt
24Vüqar MustafayevSumqayıt
25Çoşqun DiniyevSabah
26Ramil ŞeydayevSabah
27Namik ƏləskərovNeftçi
28Mahir EmreliQarabağ
29Amil YunanovSəbail
30Əli QurbaniSumqayıt

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də İtaliyadakı "Yuventus" stadionunda Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol