Menu

“Tesla” zavodunda 450 nəfər koronavirusa yoluxub

14.03.2021, 22:12
“Tesla” zavodunda 450 nəfər koronavirusa yoluxub

ABŞ-da pandemiyanın qızğın dövründə İlon Mask tərəfindən COVID-19 məhdudiyyətlərinə etiraz əlaməti olaraq fəaliyyəti bərpa olunan “Tesla”nın Frimont dairəsindəki zavodunda 450 nəfərin ölümcül virusa yoluxduğu bildirilir.

Bu barədə “The Washington Post” məlumat yayıb.

10 min nəfərin çalışdığı müəssisədə ötən ilin may-dekabr aylarında yüzlərlə insanın xəstəliyə düçar olması ölkə ictimaiyyətində ciddi narahatlığa səbəb olub.

Yoluxanların sayı öncədən gizli saxlanılsa da, “PlainSite” resursunun məhkəməyə müraciətindən sonra “Tesla” rəhbərliyi rəqəmləri açıqlamalı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol