Menu

Maksim Medvedev millinin toplanışında iştirak etmək istəməyib

14.03.2021, 22:14
Maksim Medvedev millinin toplanışında iştirak etmək istəməyib

Azərbaycan millisinin kapitanı Maksim Medvedev yığma komandanın mart ayındakı toplanışına qatılmayacaq.

Bununla bağlı AFFA-nın rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, “Qarabağ”ın müdafiəçisi yığmanın baş məşqçisi Canni de Byaziyə müraciət edərək şəxsi məsələləri ilə əlaqədar toplanışa cəlb olunmamasını xahiş edib.

İtaliyalı mütəxəssis də Medvedevin xahişini müsbət cavablandırıb.

Qeyd edək ki, millimiz martın 24-də və 30-da seçmə mərhələsi çərçivəsində müvafiq olaraq Portuqaliya və Serbiya ilə, 27-də isə yoldaşlıq görüşündə Qətərlə ilə qarşılaşacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol