Menu

"Ermənistanda seçkilər iyunda başa çatmalıdır" - Müxalifət lideri

15.03.2021, 13:51
"Ermənistanda seçkilər iyunda başa çatmalıdır" - Müxalifət lideri

“Ermənistanda növbədənkənar parlament seçkiləri bu ilin iyunun 1-dək başa çatmalıdır”.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu “İşıqlanan Ermənistan” parlament fraksiyasının sədri Edmon Marukyan bildirib.

Onun sözlərinə görə, yaxın 10 gündə parlamentin buraxılması prosesi başlamalıdır. Amma E.Marukyan seçkilərin keçirilməsi ilə bağlı siyasi qüvvələr arasında razılaşma olmadığını bildirib. Fraksiya sədri hakimiyyətin növbədənkənar seçkiyə getməyə iradəsinin olduğunu da qeyd edib.

Xatırladaq ki, Ermənistan KİV-i isə baş nazir Nikol Paşinyan və komandasının payızda seçkilər keçirməklə bağlı ssenarini müzakirə etdiklərini yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol