ERMƏNİSTANDA YENİ MÜHARİBƏ PANİKASI – Hökumət “döyüşkən xalqı” sakitləşdirməyə çətinlik çəkir

44 günlük müharibə başlamazdan əvvəl, eləcə də onun ilk günlərində “Bakıya qədər gələcəyik” deyən “qəhrəman” ermənilər bu gün Azərbaycan Ordusunun adı gələndə yaşadıqları qorxunu, xofu gizlətməkdə çətinlik çəkirlər.

Məlum olduğu kimi, ötən gün Ermənistanın Qafan rayonunun Azərbaycanla sərhədindəki postların birində dayanan hərbçilərin acınacaqlı vəziyyəti barədə yayılan qalmaqallı videorolik geniş rezonans doğurdu. Həmin videoda müşahidə olunan mənzərə və ona erməni cəmiyyətinin göstərdiyi reaksiya da bir daha təsdiqlədi ki, nə Ermənistan ordusu, nə də erməni xalqı revanşist addımlara hazır deyil və yaxın gələcəkdə də hazır olacağı inandırıcı görünmür. Əksinə, ermənilər arasında hərbi əməliyyatların bərpası ehtimalından irəli gələn xof, panika açıq şəkildə müşahidə olunmaqdadır.

Məsələ o yerə çatıb ki, parlamentdə insanları yeni müharibə ilə qorxutmağın, ümumiyyətlə bu mövzunun müzakirə edilməsinin yolverilməzliyinə dair çağırışlar edilir.

“AzPolitika.info” xəbər verir ki, parlamentin iclasına qatılan Ermənistan Müdafiə nazirinin müavini Arman Sarkisyan tezliklə yeni müharibənin olacağına dair yayılan məlumatların doğru olmadığını bildirib: “Hazırda heç kim birmənalı olaraq yeni müharibənin baş verəcəyini deyə bilməz. İndi bu məsələni səsləndirməyə və panika yaymağa ehtiyac yoxdur”. Nazir müavini deyib ki, Qafan rayonunda postların tərk edildiyinə dair məlumatlar həqiqəti əks etdirmir. Ancaq bununla yanaşı A.Sarkisyan qeyd edib ki, Ermənistan hər zaman müharibəyə hazır olmalıdır. Bunu həm ötən 30 ilin, həm də son 44 günlük müharibənin nəticələri tələb edir.

Ümumiyyətlə, müharibə bitəndən sonrakı dövr ərzində erməni cəmiyyətində əvvəlki “döyüşkən ruh”dan əsər-əlamət qalmayıb. Sadə vətəndaşlar açıq-aşkar övladlarının Qarabağa, döyüş, yaxud sərhəd bölgələrinə göndərilməsinə etiraz edirlər. Sabiq Baş Qərargah rəisinin hərbi çevriliş cəhdinin geniş kütlə tərəfindən dəstəklənməməsi, Baş nazir Nikol Paşinyanın martın 1-də təşkil etdiyi aksiyaya isə Qarbağda döyüşmüş çoxlu sayda hərbçinin qatılması və onu dəstəkləməsi bir daha göstərdi ki, ermənilərin böyük hissəsi Azərbaycanla yeni hərbi qarşıdurmanın əleyhinədir.

Hazırda Ermənistanda yaşanan yeni müharibə panikasına gəlincə, yerli müşahidəçilərin fikrincə, bu, Azərbaycanın 15-18 mart tarixində keçirəcəyi hərbi təlimlərlə bağlıdır. Belə ki, bu məlumat erməni sosial şəbəkə istifadəçiləri və yerli əhali arasında hazırda ən çox müzakirə olunan mövzudur. Ermənilər bu təlimləri Qarabağda qalmış Ermənistan ordusunun və qondarma rejimin tör-töküntülərinin məhv edilməsinə hazırlıq kimi qəbul edir. Həmin təlimlərdə 10 min Azərbaycan əsgərinin və çoxlu sayda müxtəlif növ hərbi texnikanın iştirakı onsuz da səksəkə içərisində yaşayan Ermənistanda həyəcanı bir az da artırıb. Bu ölkədə gah Zəngəzurun, gah Qafanın, gah da digər sərhəd ərazilərinin Azərbaycanın əlinə keçəcəyinə dair məlumatların ardı-arası kəsilmir. Və hökumət təmsilçilərinin, eləcə də ordu rəhbərliyinin bütün çabalarına rəğmən, yeni müharibənin başlayacağına dair şayiələr sürətlə yayılmaqda, ermənilərin bundan keçirdikləri stres isə artmaqdadır.

Bütün bunlar onu deməyə əsas verir ki, 30 il Azərbaycana meydan oxuyan, onun torpaqlarını işğal altında saxlayan, Şuşada yallı gedən, öz “qəhrəmanlığı və yenilməzliyi” ilə bağlı nağıllar, əfsanələr uyduran təkəbbürlü və yekəxana erməni toplumundan əsər-əlamət qalmayıb. Bu toplumun yaşamaqda olduğu yeni müharibə xofu isə təsadüfi deyil. Çünki növbəti müharibənin nəinki onsuz da bir topa fəraridən ibarət başıpozuq dəstəyə çevrilən erməni ordusunun, ümumilikdə bu coğrafiyada erməniliyin mövcudluğunun sonu olacağını anlayırlar.

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Eli 2021-03-16 00:11:21

Bunlar inanın mene kişi deyil, qucaq milletidir ve bunlar ya rusun ,ya fransızın ya da amerikanlının qucağında” kişi” olub xoruzlanırlar ve bununla fexr edirler.Qafqazda onların mövcudluğunun sonu yaxınlaşır.Biz de bu işi süretlendirmeliyik.

Özgür 2021-03-15 21:23:53

pampers məsləhətdir!

Son yazılar