Menu

“Ter-Petrosyanın Paşinyanla bağlı təklifi mənasızdır” - Erməni nazir

16.03.2021, 19:15
“Ter-Petrosyanın Paşinyanla bağlı təklifi mənasızdır” - Erməni nazir

Ermənistanın eks-prezident Levon Ter-Petrosyanın baş nazir Nikol Paşinyanla bağlı təklifi ciddi müzakirələrə səbəb olub.

Erməni jurnalistlər ədliyyə naziri Rüstəm Badasyandan eks-prezidentin təklifinin reallaşdırılmasının nə dərəcədə real olduğunu soruşublar. 

Nazir Levon Ter-Petrosyanın Paşinyanın xaricə getməsinə qanuni şərait yaradılması ilə bağlı təklifinə "hər kəs siyasi reytinqini düşünür", - deyə cavab verib.

“Düşünürəm ki, hər kəs öz siyasi reytinqini rəhbər tutmalıdır. Bu cür açıqlamalar və ya bu kimi mənasız təkliflər siyasi reytinqin yüksəlməsinə kömək etməyəcək",- Badasyan bildirib.

Xatırladaq ki, Levon Ter-Petrosyan Ermənistanda daxili siyasi böhrandan yeganə çıxış yolunu baş nazir Nikol Paşinyanın dərhal istefa verməsində görür. 

Ter-Petrosyan hesab edir ki, Paşinyanın xaricdə müvəqqəti sığınacaq tapması üçün onun toxunulmazlığına təminat verilməlidir. Sabiq prezidentin fikrincə, bu halda Baş nazirin səlahiyyətləri bitərəf Baş nazirin müavininə verilməlidir ki, o da ədalətli seçkilərin keçirilməsini öz bitərəfliyinə görə təmin edə bilər.

Şərhlər

Eli 2021-03-16 20:11:04

Ter Petrosyan da özünü “ağsaqqal” hesab edib saqqal terpedib söz danışır.Ay ermeni bişeref senin teleben deyil bu cüllüt Paşintan.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol