Menu

İpoteka və Kredit Zəmanət Fondunun rəhbərliyində dəyişiklik olub

17.03.2021, 17:17
İpoteka və Kredit Zəmanət Fondunun rəhbərliyində dəyişiklik olub

İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının yeni tərkibi təsdiqlənib.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Şuradan çıxarılıb və onun digər müavin Elnur Əliyev əvəz edib. Digər 4 üzv isə dəyişməyib. Beləliklə, Şuranın yeni tərkibi aşağıdakı kimidir:

İlqar Fəti-zadə – maliyyə nazirinin birinci müavini

Elnur Əliyev – iqtisadiyyat nazirinin müavini

Anar Əliyev – əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Vadim Xubanov – Azərbaycan Mərkəzi Bankının sədr müavini

Kamil Heydərov – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.

Şərhlər

Vətəndaş 2021-03-17 18:26:59

Vadim Xubanovun milliyyətcə kimdir? Çünki nə ad.nə soyad milli deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol