AZƏRBAYCAN ERMƏNİSTAN ƏRAZİSİNDƏ "S-300"-ü BELƏ VURUB... - Ermənilər VİDEO YAYDI

İkinci Qarabağ müharibəsi zamanı İsrail istehsalı olan kamikadze dronundan istifadə edən Azərbaycan ordusu Rusiya istehsalı olan "S-300" havadan müdafiə sistemini məhv edib. Bu hücumu əks etdirən video Ermənistan rəsmiləri tərəfindən yayılıb. Bu barədə İsrailin “haaretz.com” saytı xəbər yayıb.

Sayt bildirir ki, çəkiliş oktyabr ayının onuna təsadüf edir. Bir ay sonra isə müharibə dayandırılıb.

Təqdim olunan məqalədə deyilir ki, Azərbaycan İsraildən dronları müdafiə məqsədi ilə alıb.

II Qarabağ Müharibəsi zamanı Ermənistan davamlı şəkildə bəyan edib ki, İsrail Azərbaycanı ən müasir silahlarla təmin edib və proses getdikcə daha da güclənib.

Sayt bildirir ki, "S-300" Ermənistan ərazisində olub və Azərbaycan tərəfindən vurulub. Söhbət Qafan rayonu ərazisindəki Kaghnut kəndindən gedir. İlk dəfədir ki, S-300 havadan müdafiə sisteminin vurulması bu qədər dəqiq şəkildə videoya alınıb.

Ermənistana canıyananlıq edən sayt yazır ki, Ermənistanla Azərbaycan arasında sülh əldə olunduqdan sonra prezident Amen Sarkisyan bəyan etdi ki, “İsrail Ermənistanı son dərəcə məyus edib. İsrail Azərbaycana silah satışını dayandırmalıdır”.

Təbii ki, İsrail-Azərbaycan münasibətləri hansısa saytın istək və arzularına söykənmir. İsrail Azərbaycana birmənalı şəkildə dəstək verir və müharibədən sonra da bu dəstəyi davam etdirəcəyi ilə bağlı Baş nazir Benjamin Netanyahu səviyyəsində bir neçə dəfə bəyanat verilib.

635x100

Şərhlər

Veteran 2021-03-17 22:55:13

EŞQ OLSUN !

Son yazılar