Ölkədə qızıl, gümüş və mis hasilatı artıb
“Reuters” agentliyinin xəbərində deyilir ki, Azərbaycanda ən çox qızıl hasil edən “Anglo Asian Mining Plc” şirkəti bu il 62-67 min unsiya (29,86 qrama bərabər köhnə çəki ölçüsü) arası qızıl çıxarmağı planlaşdırıb. Bu isə 2013-cü ilə müqayisədə 28.7 faiz yüksək göstəricidir.
Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin prezidenti Reza Vəziri bildirirb ki, indiyə qədər əldə olunmuş nəticələr gələcəyə inamla baxmağa əsas verir.
Agentlik bildirir ki, şirkət bu ilin ilk üç rübündə 27,419 unsiya gümüş əldə edib. Eyni zamanda 580 ton mis çıxarılıb.
Yanvar-sentyabr arası çıxıarılmış 37,342 unsiya qızılın satışı da uğurlu olub. Belə ki, bir unsiya qızıl orta hesabla 1.291 dollardan satılıb.
Agentlik xatırladır ki, müqaviləyə əsasən Azərbaycan hökuməti əldə olunan gəlirin 49 faizinə sahibdir.
Hesablamalara görə, Qərbi Azərbaycanda yerləşən 7 mədəndə 730 ton qızıl var. /musavat.com


Şərhlər