AZƏRBAYCANDA KORONAVİRUSUN BRİTANİYA ŞTAMMI TAPILIB - Rəsmi

Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur.

"Report" xəbər verir ki, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.

“Azərbaycanda koronovirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştammlara qarşı da effektivdir”, - mərkəzdən bildirilib.

Qeyd edək ki, üçü İngiltərədə, biri isə Danimarkada aparılan son dörd elmi tədqiqat yeni ştammın öldürücülük riskinin yüksək olduğunu elmi olaraq təsdiqləyib. Bundan əvvəl, hələ yeni ştammın qeydə alındığı ilk vaxtlarda aparılan tədqiqatla virusun Britaniya ştammının yoluxduruculuq qabiliyyətinin də daha yüksək olduğu məlum olub. Belə ki, yeni ştammın yeni növ koronavirus infeksiyasından fərqli olaraq daha sürətlə yayıldığı təsdiqlənib.

635x100

Şərhlər

Vətəndaş 2021-03-18 19:44:39

Azərbaycanda yaramaz şeyləri taparlar.Amma niy səhiyyə əlçatmaz olub,niyə bu gündədir? Bu millətə soxuşdurulan TƏBİB kimin məhsuludur? Bu kimi suallar açıq qalır.Dərmanların qiymətləri v sairə problemləri xalq həll etməlidir? Bəs məsul qurumlar harada batıb?

Mühəndis 2021-03-18 19:38:30

Bunlar xalqa müxalif olanların sifarişi üzrə məlumat yayırlar.Millətin psixikasını ,sağlamlığını pozmağa istiqamətləniblər.Hanı Sizin səhiyyəniz?Hanı özünü əvəzolunmaz,ağıllı sayan tibb mütəxəssisləriniz ?Bir quraşdırma TƏBİB yaratmısınız ki,o da Sizin köməyinizlə pul qazanmaqla məşğuldur.Özünüzə mövzu tapıb cummusunuz xalqın canına. Vallah ayıbdır.Yalan məlumatlar,yalan statistika.... bunun sonunu düşünə bilirmisiniz?

Veteran 2021-03-18 15:16:52

Yalandı.....

Son yazılar