BU GÜN DƏ YÜKSƏK YOLUXMA QEYDƏ ALINDI - 7 nəfər vəfat edib...

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 933 yeni yoluxma faktı qeydə alınıb, 256 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 243 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 231 894 nəfər müalicə olunaraq sağalıb, 3 314 nəfər vəfat edib, aktiv xəstə sayı 8216-dır.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 188, bu günə qədər isə ümumilikdə 2 746 681 test icra olunub.

635x100

Şərhlər

Moshu 2021-03-18 20:30:58

T.Ədalətin fikri ilə tam razıyam. Yalanı da elə danışmalısan ki, qarşında dayanan şəxs sənin səmimiyyətinə inansın. Artıq Nazirlər Kabineti yanında operativ qərargahın düz sözünə inanmağın gəlmir. Nəfəsləri də yalandır. Odur ki, bu qərargahın nə iləsə əvəzlənməsi lazımdır.

t.ədalət 2021-03-18 15:52:31

Yoluxma çox olsa sağalanların da sayı çox olar.O boyda fərq ola bilməz.

Son yazılar